Ağstafa sakini həmkəndlilərini güllələdi
Ağstafa sakini həmkəndlilərini güllələyib. APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində qeydə alınıb.
Rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri 36 yaşlı Şəfaqət Göyüşova və 11 yaşlı Simuzər xəsarət alaraq əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Bakıda olan tibb ocaqlarının birinə aparılıb.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Asim Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.