Yanmış evdən Bakı sakininin meyiti tapılıb
Bakıda yaşayış evində yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dünən gecə saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib. Yanğın söndürüldükdən sonra evdən Şahseyran Ağayevin yanmış meyiti tapılıb.