Arif Rəhimzadə: "Bələdiyyələr səlahiyyətlərindən istifadə edə bilmir"
"Bələdiyyələrə diqqət artırılmalıdır". APA TV-nin xəbərinə görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, həmçinin bələdiyyələrə ayrılan vəsaitdən də şikayətlənib:
"Nəticədə bələdiyyələrin büdcəsi 30-35 milyon manat təşkil edir. Bu rəqəmə dotasiya da daxildir. 5,2 dotasiyanın verilməsi o deməkdir ki, 1716 bələdiyyənin hər birinə 3000 min manat çatır”.
Komitə sədri bildirib ki, hələ də bələdiyyələr müvafiq sənədlərlə təmin edilməyib: “İndi bilirəm, mənə deyəcəklər ki, büdcənin bələdiyyələrə qarşı öhdəliyi yoxdur, onlara yetərli səlahiyyət verilib və bununla özlərinin büdcəsini formalaşdırmaldır. Amma gəlin görək, bələdiyyələrə verilən bu səlahiyyətlərdən istifadə edə bilirlərmi? Bu gün bələdiyyələr torpaqlardan istifadə səlahiyyətlərini əllərinə ala bilməyiblər".
Komitə sədri deyib ki, bəzi rəhbərliklər bələdiyyələrin torpaqlardan istifadə etməsi üçün onların xəritəsini düzgün vermir.