FETÖ-yə maliyyə yardımı edən 380 iş adamı haqqında həbs qərarı verildi
Türkiyədə FETÖ-yə maliyyə yardımı etdiyi və ianə topladığı üçün 380 iş adamı haqqında həbs qərarı verilib.
APA TV-nin məlumatına görə, bununla bağlı İstanbul başda olmaqla 35 rayonda əməliyyat keçirilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu FETÖ ilə əlaqəsinə görə iş dünyasında apardığı istintaq çərçivəsində bəzi biznesmenlərin təşkilata maliyyə yardımı etdiyinə dair yeni detallar əldə edib.
Prokurorluğun qərarı ilə şübhəlilərin də evlərində və ofislərində axtarış aparılır. Şübhəli bilinən şəxslərin 110-nun ölkə xaricində olduğu müəyyənləşib.