ABŞ-ın üzərində yenidən ben-Laden təhlükəsi - SANKSİYA
ABŞ Dövlət Departamenti Üsamə ben-Ladenin oğluna qarşı sanksiyalar tətbiq edib. APA TV-nin Rusiya mətbuatına qarşı məlumatına görə, bu addımı rəsmilər Həmzə ben-Ladenin ölkə üçün təhlükəli şəxsə çevrilməyi ilə əlaqələndiriblər.
Bildirilir ki, Həmzə ABŞ-ın beynəlxalq və iqtisadi siyasəti üçün də ciddi təhlükədir. Vətəndaşlara isə adı çəkilən şəxslə hər hansı əlaqəni qurmaq qadağan edilib.
Həmzə ben-Ladenin bütün əmlakı və maliyyə aktivləri də dondurulub.
Dövlət Departamenti Həmzə ben-Ladeni 2015-ci ilin avqustun 14-dən "Əl-Qaidə"nin üzvü elan edib. Onun terror təşkilatına üzv olmasını qruplaşmanın rəhbəri Ayman-əl-Zəvahiri də təsdiqləmişdi. 2015-ci ildə Həmzə bir sıra Qərb ölkələrində terror aktlarının təşkilatçısı kimi tanınıb.
Ötən il isə Həmzə ben-Laden ABŞ-a və onun vətəndaşlarına qarşı şəxsən hədələr səsləndirib. Bundan sonra isə o, Amerikaya və onun müttəfiqlərinə qarşı cihad çağırışı edib.