Milli Qəhrəman Fərid Əhmədovun haqqında film nümayiş olundu

Cəlilabadda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Milli Ordunun zabiti Fərid Əhmədovun həyat yolunu işılandıran filmin təqdimatı keçirilib.

 

Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirən ekran əsərini izləyənlər kövrək anlar yaşayıblar. Filimdə şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri yer alıb. Filmi göz yaşları ilə izləyən Fərid Əhmədovun anası Nərgiz xanım göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü çatdırıb.

 

Filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, "Fərid" rolunun ifaçısı Elvin Qasımovdur.

 

Təqdimat zamanı bildirilib ki, bu yaxınlarda cəlilabadlı şəhid Əhməd Abdullayev haqqında da yeni filmin çəkilişinə başlanılacaq.

    

APA TV-nin xəbərinə görə, Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

 

Müəllif | Apa.Tv