Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 2 əsgər şəhid olub
Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar zamanı 2 əsgər şəhid olub. APA TV-nin məlumatına görə, hadisə Şırnak bölgəsindəki Gabar dağında baş verib.
Türkiyə ordusunun PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlar zamanı 2 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralı əsgərlər Siirt dövlət xəstəxanasına çatdırılıb.
Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.