“Mobil kitab rəfi”
"Prezident yanında Gənclər Fondu “Mobil kitab rəfi” layihəsinə start verib. APA TV-nin xəbərinə görə, Fond gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün bir neçə ay bundan öncə “Açıq kitab rəfi” layihəsini həyata keçirib. “Mobil kitab rəfi” isə bu layihənin davamıdır.
Maarifləndirici layihə olan “Mobil kitab rəfi” adlandırılan mobil keçid vasitəsilə, gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər: "Telefon cihazında proqramı çalışdırırıq və həmin barkoda yaxınlaşdırıb onu oxutdururuq və həmin səhifədə bizə lazım olan Azərbaycan və yaxud dünya ədəbiyyatından hansı kitab sizi maraqlandırır onu oxuya bilərsiz."
Sahil Balazadə qeyd etdi ki, mobil kitab bazasında məlumatlar mütəmadi olaraq yenilənəcək: " Hazırda sistemdə Azərbaycan və dünya ədəbiyyatından 50 kitab mövcuddur. Bu kitablar 15 gündən bir yenilənəcək. Sistemdə köhnə kitablarda qalmaqla yanaşı yeni kitablarda əlavə olunacaq".
Qaldı, sadəcə oxumaq həvəsi, o da özümüzdən asılıdır.