Rəfsəncani vəfat etdi
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980-1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.