Qüdsdə naməlum şəxs maşını İsrail hərbçilərinin üstünə sürdü: 4 ölü
Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb. APA TV-nin "Euronews" istinadən verdiyi məlumata görə, hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib.
Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrailin baş naziri Binyamin Netenyahu yük maşınını sürən sürücünün İŞİD terror təşkilatının tərəfdarı olduğunu bildirib.