Ağdamda 2 avtomobil toqquşdu: xəsarət alanlar var
Ağdamda baş verən yol qəzasında sürücü ağır xəsarət alıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.
Rayon sakini, 1989-cu il təvəllüdlü Abbasov Samir Nazim oğlunun idarə etdiyi “VAZ-2107” markalı 02 BL 813 dövlət nömrə nişanlı minik maşını qarşıdan gələn Məmmədov İmamqulu Həsən oğlunun idarə etdiyi “Mercedes” markalı 99 FU 970 nomrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə “VAZ-2107” markalı maşının sürücüsü Samir Abbasov və sərnişini, 1986-ci il təvəllüdlü Umudov Pərvin Cəlal oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan Samir Abbasovun vəziyyətinin daha ağır olduğu bildirilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.