Qapısı bağlı qalan MƏNZİLDƏN MEYİT TAPILDI
Bakının Səbail rayonunda 1926-cı il təvəllüdlü Fakina Antonina Serqeyevna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. APA TV-nin Bakının Səbail xəbərinə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Fakinanın öldüyü müəyyən edilib.