GƏNC QADINI VURUB QAÇAN SÜRÜCÜ: "İnanıram ki, mərhumun yaxınları məni bağışlayacaqlar"

Oktyabrın 31-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü saxlanılıb. APA TV-nin  məlumatına görə, Bakı-Quba yolunda naməlum avtomobil tərəfindən vurulmuş Şahverdiyeva Narınc Ataxan qızının meyiti tapılıb. Avtomobil 35 yaşlı qadını magistralın 33-cü kilometrliyində, Sumqayıtın Tağıyev qəsəbəsi ərazisində vurub. Hadisəni törədən sürücü qaçıb. Amma çox uzağa yox.

 

Müstəntiqin sözlərinə görə, hadisədə sürücünün və ya piyadanın günahının hansı dərəcədə olmasının müəyyənləşdirilməsi üçün avtotexniki ekspertiza təyin edilib. Ekspertizanın rəyi hələ hazır deyil.

 

O ki qaldı hadisəni törədən sürücüyə, Zaur Mirzəyev hadisə yerindən qaçmasını qorxması ilə izah edir. Sürücü inanır ki, mərhum qadının ailə üzvləri onu bağışlayacaqlar. “Yaxşı ki, polis əməkdaşları məni saxladılar” deyən Zaur bildirib ki, bu əzabla yaşaya bilməzdi.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv