Qubada 8 yaşlı uşağı maşın vurub
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Timiryazev kəndi ərazisində qeydə alınıb. 2009-cu il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu maşın vurub. Kəllə-beyin travması alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.