İşıq çeklərini Facebook-da niyə paylaşırlar? - SORĞU
Son günlər sosial şəbəkə istifadəçiləri işıq pulu qəbzlərinin şəkillərini çəkib, səhifələrində paylaşırlar. Görəsən, onlar bunu niyə edirlər? Elə bu sualla paytaxt sakinlərinə müraciət etdik.
- Bilmirəm.
- Nə deyə bilərəm? Heç nə deyə bilmərəm.
- Mənə elə gəlir ki, bununla bir növ etirazını bildirir.
- Bilmirəm.
- Bilmirəm, məlumatım yoxdur. Şəxsən mən qoymaram. Facebook-da qeydiyyatda deyiləm. Bunu etmək, məncə, düzgün deyil. Evin sənədini niyə qoyursan Facebook-a?
- Onu edənlərdən soruşmaq lazımdır. Hərənin öz şəxsi işidir.
- Mən Facebook-dan istifadə etmirəm. Yəni bu o deməkdir ki, çoxdur. Hər kəsin öz işidir. Heç bir məlumatım yoxdur.
- Sosial şəbəkədən istifadə etmirəm. Heç bir fikrim yoxdur.
- Sadəcə, özlərini göstərmək üçün. Xalqın vəziyyətini göstərmək üçün. Amma nəzərə almaq lazımdır ki, bütün dünyada iqtisadi böhrandır. İnsanlar səbirli olmalıdırlar.
- Yəqin qiymətlərinə görə paylaşırlar.
- Hərənin şəxsi fikridir. Hörmətlə yanaşmaq lazımdır.
- Nə deyim? Şəxsi fikirləridir.
- Bilmirəm. Haradan bilim?
- Bilmirəm. Hər dövrdə bir mövzu trend olur. Bir aydan bir, 15 gündən bir.
- Çatdıra bilmirlər də. Maddi və mənəvi cəhətdən.
- Mən yaşlı adamam. Elə şeylərdən xəbərim yoxdur.
- Yəqin ki, qiymət artımı ilə bağlıdır.
Beləliklə, cavablardan görünür ki, bəzi insanlar, ümumiyyətlə, sosial şəbəkələrdən istifadə etmirlər. Bəziləri isə hesab edir ki, paylaşımlar hər kəsin şəxsi işidir.