Azərbaycanda Aİ-95 Premium markalı benzinin qiyməti qalxdı
Azərbaycana xaricdən idxal olunan "Aİ-95” Premium markalı benzinin qiymətində artım baş verib.
APA TV-nin məlumatına görə, artıq yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.
"Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.
Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil edilməyib.
“Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
"Aİ-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.