İsrail Dəməşqi raket atəşinə tutdu
Dəməşq ətrafında yerləşən hərbi aeroport İsrail tərəfindən raket atəşinə tutulub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Əl-Məzza rayonunda yerləşən aeroportun yaxınlığında bir neçə partlayış baş verib.
Raketlərin İsrail ərazisindən atıldığını iddia edilir.
Hadisə yerində partlayışlardan sonra güclü yanğın baş verib.