Nardaran qəbiristanlığında silah-sursat aşkarlandı
Sabunçu rayonu Nardaran qəsəbəsinin qəbiristanlığında silah-sursat aşkarlanıb.
APA TV-nin xəbərinə görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında dərhal əraziyə yollanıblar.
Qəbiristanlıqda təxminən 70 santimetr dərinliyində kisədə torpağa basdırılan "AKMS" markalı avtomat silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.