58 sərhəd pozan, 373 axtarılan, 12 kilo narkotik...
Ötən ay 38 halda dövlət sərhədini pozan 58 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 23 nəfəri Azərbaycan, 7-si Qana, 6-sı Özbəkistan, 6-sı Nigeriya, 5-i İran, 3-ü Banqladeş, 2-si Ukrayna vətəndaşlarıdır. Saxlanılanlar arasında Qazaxıstan, Rusiya, Türkiyə, Tacikistan, Kamerun və Qırğızıstan vətəndaşları da var .
Sərhədçilər hüquq-mühafizə orqanlarının axtardığı 373 nəfəri də aşkarlayaraq təhvil veriblər.
Həmçinin 14 halda 12 kiloqram 460,4 qram narkotik maddə də aşkarlanıb.