Şirvanda SOCAR-ın avtobusu qəzaya uğradı
Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Şirvan sakini Əmirov Xəyal Qabil oğlunun idarə etdiyi “Lada” markalı 50 CG 477 dövlət nömrə nişanlı avtomobil yolda dayanan SOCAR-a məxsus H 028 519 dövlət nömrə nişanlı avtobusla arxadan çırpılıb. Nəticədə sürücü yüngül bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.