Türkiyə referendumun bir addımlığında...
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ümumxalq səsverməsinin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.
Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə müzakirələrin birinci turu başa çatıb. Müzakirələrin ikinci turuna yanvarın 18-də start veriləcək.
Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.