5 gün əvvəl ata olan şəhid hərbçimiz dəfn edildi
Düşmən tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçusu, 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nuşirəvan oğlu doğulduğu kənddə torpağa tapşırılıb.
APA TV-nin Cənub bürosunun məlumatına görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
Şəhid doğulduğu Astaranın Şahağacı kənd qəbiristanlığında yaylım atəşi ilə son mənzilə yola salındı.
Fikrət Bəşirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Qeyd edək ki, şəhid Bəşirov Fikrət Nuşiravan oğlu müddətdən artıq hərbi qulluqçudur, ailəli olub, beş gündür ki, bir qız uşağı dünyaya gəlib.