Trampdan Rusiyaya ciddi ittiham: "Onların Suriyaya müdaxiləsi..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib.
APA TV-nin məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.
D.Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.
D.Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.