İranda 20 məhkum asıldı
İranda iki gün ərzində 20 məhkum edam olunub.
APA TV-nin məlumatına görə, İran İnsan Haqları Fəallarının mətbu orqanı "Herana" yazır ki, 48 saat ərzində 20 məhkum narkotik vasitə, oğurluq və qətl kimi ittihamlarla edam edilib.
Edam olunanlardan 16-sı Recaişehr həbsxanasında məhkumluq həyatı yaşayırmış. İki nəfər Rəşt, bir nəfər Həmədan, bir nəfər isə Kirman şəhərlərində yerləşən həbsxanada saxlanılıb.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, İranda 2015-ci ildə böyük əksəriyyəti narkotik satışında təqsirləndirilməklə 977 nəfər edam olunub.