Balkanlar yenidən qarışa bilər: Serbiya Kosovoya qoşun yeritmək istəyir
Serbiya əhalinin həyatına təhlükə yarandıqda Kosovoya qoşun yeridə bilər.
APA TV-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu cür bəyanatla Serbiya prezidenti Tomislav Nikoliç hökumətin "Kosovo - bu Serbiyadır" yazısının yazıldığı qatarın ölkəyə buraxılmamasını şərh edərkən bildirib.
Qalmaqal yanvarın 14-də Belqraddan Kosovoya gedən qatarın sərnişinlərinin Albaniya xüsusi xidmət orqanları tərəfindən həbs edilməsindən sonra yaranıb. Səbəb kimi isə sərnişinlər arasında olan məmurların tanınmamış dövlətə girişinə qadağanın olması göstərilib. Qatarın buraxılmaması üçün hətta radikal yerlilər yolu minalamağa cəhd ediblər. Nəticədə qatar Belqrada geri qayıdıb.