Trampın Bakıdakı binasının üzərindəki yazı söküldü
Bakının məşhur göydələnlərindən olan və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa məxsus olduğu bildirilən 33 mərtəbəli "Trump Tower" binasının üzərindəki müvafiq yazı sökülüb.
APA TV-nin xəbərinə görə, yazının yerləşdirildiyi hissə tünd mavi rəngli örtüklə bağlanıb.
Tikintisinə 2008-ci ildə başlanılan və 2015-ci ildə istifadəyə verilən binanın üzərindən yazının hansı səbəbdən söküldüyü məlum deyil.
Qeyd edək ki, Ağ Evin yeni rəhbəri ötən ilin noyabrın 30-da özünün "Twitter" səhifəsində vəzifəsinin icrasına başladıqdan sonra biznes sahəsini tamamilə tərk edəcəyini açıqlamışdı. Bu bəyanatdan sonra Bakıda və Gürcüstanın Batumi şəhərində reallaşdırılan "Trump Tower" layihəsinin icrası dayandırılıb.