Lənkəranda məktəb direktorunun müavinini maşın vurdu
Lənkəranda məktəb direktorunun müavinini maşın vurub. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb. Orta məktəbdə direktor müavini işləyən Bəşirov Ələkbər Qiyas oğlu şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan VAZ-2107 markalı avtomobillə vurulub. Yaralı piyada sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ələkbər Bəşirov Lənkəran şəhər 10 saylı məktəbinin direktor müavinidir.