İstanbul valisi: "Terrorçu Özbəkistan vətəndaşıdır, 4 dil bilir"
"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina" gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.
V.Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib".
Terrorçudan 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də 2 dron aşkarlanıb.