Dağlıq Qarabağda erməni əsgəri hərbçi yoldaşını güllələyib
Dağlıq Qarabağda erməni əsgər yaralanıb. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Qurgen Sarkisyanın əsgər yoldaşı tərəfindən yaralandığı ehtimal olunur.
Səbəb kimi həmin şəxsin silahla ehtiyatsız davranması göstərilir.
Hadisə yanvarın 16-da saat 23:55-də döyüş postunda baş verib.
Q.Sarkisyanın vəziyyətinin çox ağır olduğu bildirilir.