İranla Rusiya arasında ABŞ problemi - ASTANA GÖRÜŞÜ POZULA BİLƏR
Rəsmi Tehran Astanada yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxış edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib.
“Biz ABŞ-ın danışıqlarda iştirakının əleyhinəyik. Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”, - deyə, Zərif vurğulayıb.
Qeyd edək ki, danışıqlar Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini qeyd edib, lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.