DGK sədri: "Azərbaycana narkotiklərin 95 faizi İrandan gətirilir"

"Azərbaycan-Rusiya sərhədində gərginlik artıq aradan qaldırılıb". APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib:

 

"Axırıncı dəfə sərhədlə dünən əlaqə saxlamışamproblemlər aradan götürülüb. Qeyd edim ki, Samur sərhəd keçid məntəqəsinin Rusiya tərəfi postunun rəhbəri dəyişib. Bizim tərəf onalrla görüş keçirib. Sərhədin maneəsiz işləməsi üçün danışıqlara başlanılıb". 

 

Aydın Əliyev Ermənistanda kartofda xərçəng xəstəliyinin aşkarlanması və bu məhsulun Azərbaycana gətirilməsinin qarşısının alınması məsələsinə münasibət bildirərək qeyd edib ki, ölkəyə daxil olan bütün məhsulların mənbəyi və keyfiyyəti araşdırılır. Eyni zamanda Azərbaycanın gömrük orqanları müqabil tərəflərlə daim statistik məlumatlar mübadiləsi aparır:

 

"Burada söhbət təkcə xəstəlikdən getmir. Ümumiyyətlə, Ermənistanla xarici ticarətimiz yoxdur və belə bir vəziyyətdə bu heç vaxt ola da bilməz. Ona görə də müqabil tərəflə hər zaman statistik məlumat mübadiləsi aparırıq ki, Ermənistan məhsulları Azərbaycana keçirilməsin".

 

Gələn ilin büdcə məsələsinə toxunan komitə sədri bildirib ki, 2014-cü il üçün büdcə tapşırığı 130 milyon manat artıq nəzərdə tutulub.

"Bu il üçün DGK-nın qarşısında büdcə tapşırıqları 1,380 mlrd. manatdır. Gömrük xidmətinə bu illə müqayisədə 1. 510 milyard manat artıq proqnoz nəzərdə tutulur".

 

Sərhədlərdən qaçaqmalçılıq yolu ilə narkotik keçirilməsi məsələsinə toxunan Aydın Əliyev bildirib ki, Azərbaycana narkotiklərin 95 faizi İrandan gətirilir.

Bakıda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin Şurasının hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası başlayıb. Qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Müəllif | Apa.Tv