Şirvanda azyaşlı quldur basqını etdi, ev sahibini bıçaqladı
Şirvanda evə quldur basqını edən yeniyetmə ailə üzvlərindən birini bıçaqlayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri S.Mehandarov küçəsi, 11 ünvanında baş verib.
Həmin ünvana oğurluq məqsədi ilə daxil olan şəxs ev sahibəsi 55 yaşlı Mətanət Salahovaya hücum edib. Bu zaman anasının köməyinə gələn 36 yaşlı Salahov Elbrus Bəhruz oğlu basqınçı tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası alan 35 yaşlı E.Salahov Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Polis əməkdaşları anında hadisəni törədərək qaçmaq istəyən Şirvan sakini, 16 yaşlı İlkin Namiq oğlu Xantemitrov saxlayıb.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.