Dağlıq Qarabağda erməni hərbçisi cavab atəşi ilə məhv edildi
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb.
APA TV-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda öldürülən əsgər 22 yaşlı Karen Ulubabyandır.
Hadisə cəbhənin şərq istiqamətində qeydə alınıb.
K.Ulubabyan yanvarın 22-də saat 23:25 radələrində cavab atəşi ilə məhv edilib.