“Miqrant azərbaycanlıdan daha çox zəhləniz gedir, yoxsa qaynananızdan? - VYAÇESLAV DANİLOV

“İstənilən kişidən soruşun, görün kimə daha çox nifrət edir – miqrant azərbaycanlıya, yoxsa öz qayınanasına? Yəqin ki, cavab hamıya məlumdur. Amma bu o demək deyil ki, qaynananı əsir düşərgəsinə göndərmək, deportasiya etmək lazımdır, yaxud bir partiya parlamentə düşərək qayınanaların təcrid olunması barədə qanun qəbul etməlidir”. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiyanın Siyasi Analiz Mərkəzinin icraçı direktoru Vyaçeslav Danilov “Vesti.az” saytına müsahibəsində deyib.

 

Danilov xatırladıb ki, Böyük Vətən Müharibəsində Moskva yaxınlığında alman tanklarının irəliləməsinin qarşısını almış Panfilov diviziyasında döyüşənlərin bir hissəsini indi miqrant gözü ilə baxılan millətlərin nümayəndələri təşkil edib:

 

“İndi Mərkəzi Asiya respublikalarının vətəndaşlarını adam hesab etməyən bir sürü əclaf, faşist və Navalnının rəhbərliyi altında birləşən milli demokratlar var. Quldarlıq və xaricdən ucuz əmək qüvvəsi gətirilməsinə tərəfdar olan da onlardır. Onlar üçün azərbaycanlılar, ermənilər, gürcülər tacik və qırğızlarla müqayisədə bir az abırlı adamlardır”.

 

Ekspert hesab edir ki, nə qədər ki Navalnı kimiləri hakimiyyətə gəlməyəcək, miqrantlara münasibətdə heç bir viza rejiminin tətbiqindən söhbət gedə bilməz. SİTAT – Viza rejiminin tətbiqi qeyri-leqal miqrasiyanın qarşısını ala bilməyəcək, əksinə leqal şəkildə mühacirəti çətinləşdirmiş olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv