“VAZ 2107” velosipedi vurdu

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Velosipedlə hərəkətdə olan kənd sakini, 39 yaşlı Eldəniz Əlihüseynovu həmkəndlisi Rəşid Qasımov idarə etdiyi 90 KH 604 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşınla vurub.  Eldəniz Əlihüseynov Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan