Daha bir ANA VƏ UŞAQ ÖLÜMÜ: 32 yaşlı qadını xilas etmək mümkün olmayıb

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Əhmədağa qızı Şıxəliyeva xəstəxananın doğum şöbəsinə qəbul olunan qadın yarım saat sonra, doğuş başa çatmamış keçinib. Doğum şöbəsinin müdiri Yeganə Nəhmətova faktı təsdiqləyib.

 

Ramilə Şıxəliyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunub. Onun ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra bəlli olacaq. Məlumata görə, bu, Ramilə Şəxəliyevanın ikinci hamiləliyi olub. Ölümündən sonra ananın bir övladı qalıb. 

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

                        

Müəllif | Apa.Tv