Bakıda keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı
Bakıda intihar hadisəsi qeydə alınıb.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə ölüb.
R.Quliyev keçmiş polis əməkdaşı olub, o, Nizami rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
İntiharın səbəbləri araşdırılır.