Ermənistanda əsgər intihar etdi
Ermənistanda əsgər intihar edib. APA-nın xəbərinə görə, bu barədə “news.am” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Əsgər Şavarş Qalstyanın meyiti bu gün saat 08:50 radələrində aşkarlanıb. Onun çənəsində güllə yarası olub.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.