Küveyt şahzadəsi edam edildi
Küveytdə yeddi nəfər edam olunub.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, onların arasında 2011-ci ildə yaxın qohumunu öldürdüyü üçün ölüm cəzasına məhkum edilən Küveyt şahzadəsi, kapitan Faysal əl-Abdulla əl-Sabah da var.
Aralarında bir qadının da olduğu digər altı nəfər isə qətl, adam oğurluğu və qadınlara təcavüz etməkdə təqsirləndirilir.
2007-ci ildə kral ailəsinə mənsub olan Şeyx Təlal da narkotik maddələrin qanunsuz ticarətində ittiham olunaraq edam edilib.