Göyçayda yanğın

Göyçay rayonunda yaşayış evi yanıb. Rayon yanğından mühafizə hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Göyçay şəhərinin Hüseyn Cavid küçəsindəki 21 saylı mənzildə qeydə alınıb. Səfər Namazova məxsus ümumi sahəsi 300 kvadratmetr olan iki mərtəbəli 4 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 134 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanıb, qalan hissəsi yanğından xilas edilib. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdə heç kim olmadığı üçün xəsarət alan da olmayıb. İlkin ehtimala görə yanğına elektrik naqilində baş verən qısa qapanma səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.     

Müəllif | Apa.Tv
Elvin Yaqubov