Meteohəssas insanlara xəbərdarlıq! - HAVA ƏLVERİŞSİZ OLACAQ

Noyabrın 8-də və 9-da metreloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq. Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, Bakıda və Abşeron yarmadasında ayın 8-də günün birinci yarısında hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz olacaq: "Ayın 8-də gündüz cənub-qərb küləyi artıq şimal-şərq küləyi ilə əvəz olunacaq və axşama doğru eyni zamanda 8-dən 9-na keçən gecə və səhər şimal qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  9-da artıq axşama doğru şimal-qərb  küləyi mülayimləşəcək. Havanın temperaturunun ayın 8-də günün birinci yarısında 20-25 dərəcə, ayın 9-da isə 13-17 dərəcə isti olacağı gözlənilir".

 

Bölgələrdə ayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə duman və çisgin müşahidə ediləcəyi gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişəcək.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova