Manat bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 25-i ilə müqayisədə dəyişməyərək 1,9068 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 2,0353 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3958 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rus rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 31 manat 60 qəpik, 100 lirə 49 manat 28 qəpik, 100 gürcü larisi isə 70 manat 56 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv