Erməni əsgər müəmmalı şəkildə öldü
Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.
Yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S.Apinyan orada ölüb.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.