Tramp Suriyaya qoşun göndərir
ABŞ prezidenti Donald Trampın Suriyaya qoşun göndərəcək. APA TV-nin məlumatına görə, belə bir iddia ilə "New York Times" çıxış edib.
Trampın hədəfində birinci növbədə İŞİD-in qalası Rəqqanın olduğu deyilir.
Şəhərin bir ay müddətində terrorçulardan təmizlənməsi planlaşdırılır. Planın detalları Trampın Pentaqon ziyarəti zamanı işlənəcək.
Prezidentin ziyarəti ölkənin yeni müdafiə naziri Ceyms Mettisin andiçmə mərasimi ilə əlaqədardır.