“Sovetski"də yaşayış binasında güclü yanğın olub-YANĞIN ANI
Bakının "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğın baş verib . Saat 17:00-da başlayan yanğın bir neçə saata lokollaşdırılıb.
Yanğın barəsində FHN -ə ilk məlumatı qonşular veriblər. Tüstü evlərə dolduğundan qonşular təşvişə düşüblər. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
Təcili tibbi yardım briqadasının həkimləri 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibova və 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya ilk yardım göstəriblər. Binanın kommunal xətləri müvəqqəti olaraq bağlanılıb. Ətraf tikililər yanğından mühafizə olunub.