Bakıda maşın aşdı
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın məlumatına görə, Heydər Əliyev prospektində "Nissan" markalı avtomobil idarəetməni itirərək qarşıda gedən "Mercedes" markalı avtomobilə çırpılıb, daha sonra isə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.