Kanadada məsciddə 5 nəfər namaz qılarkən öldürüldü
Kanadada məsciddə silahlı insident baş verib.
APA TV-nin "Reuters"-ə istinadən verdiyi xəbərə görə, hadisə Kvebek şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb.
Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.