Dollar və rublun kursu dəyişmədi, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 30-u ilə müqayisədə dəyişməyərək 1,9165 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 2,05 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3975 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 32 manat, 100 lirə 50 manat 67 qəpik, 100 gürcü larisi isə 70 manat 92 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv