Azərbaycanda bu markadan olan benzinlər bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

APA TV-nin məlumatına görə, fevralın 1-i gecə saatlarından yanacaqdoldurma məntəqlərində Aİ-95 "Premium" və Aİ-98 "Super" markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Aİ-95 "Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN, və Aİ-98 "Super" markalı benzinin yeni qiyməti isə 1,20 AZN müəyyənləşib.  

Bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Azərbaycanda istehsal olunan  Aİ-92 markalı benzin  və L-62 markalı dizel yanacağının qiyməti isə Tarif Şurası tərəfindən tənzimlənir . Bu məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib.

Ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt Aİ-95 "Premium" markalı benzin 1,05 AZN, Aİ-98 "Super" markalı benzin isə 1,10 AZN idi.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə