Tramp CNN-i boykot etdi: "Yalan danışırlar"
CNN tamaşaçıları bundan sonra canlı efirdə Ağ Ev nümayəndələrini görməyəcək. APA TV-nin məlumatına görə, Tramp administrasiyası telekanalla əməkdaşlıqdan imtina edib.
Yeni prezidentin komandasından onların fikrini olduğu kimi çatdıran media qurumları ilə işbirliyinə üstünlük verəcəkləri bildirilib. CNN-nin isə belə bir qurum olmadığı deyilir.
"Bu kanalın əməkdaşları düzgün danışmağı arzu belə etmirlər", - deyə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
Donald Tramp isə bu yaxınlarda CNN-i "təhlükəli" telekanal adlandırıb və onları "yalan xəbərlər" yaymaqda ittiham edib. Prezident həmçinin "New York Times" və "Washington Post" qəzetləri barədə də eyni fikirləri söyləyib.